ABŞ Müdafiə Nazirliyinə İranla münaqişə zamanı itirilən hərbi texnikanın əvəzlənməsi üçün 6 milyard dollardan çox vəsait lazım olacaq.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Vəsaitin bir hissəsi itirilmiş hava vasitələrinin, o cümlədən yüksək qiymətli kəşfiyyat və zərbə dronlarının yenidən alınmasına yönəldiləcək.
ABŞ Konqresinin Büdcə İdarəsinin daha əvvəl açıqladığı hesabatda bildirilirdi ki, “Epik qəzəb” adlı hərbi əməliyyatın ilk dörd ayı ərzində Amerika vergiödəyicilərinə ümumilikdə 33,4 milyard dollara başa gəlib. Bu məbləğin 22,3 milyard dolları istifadə edilmiş döyüş sursatlarına, 7,4 milyard dolları əməliyyatla bağlı digər xərclərə, 3,7 milyard dolları isə hərbi texnika itkilərinə aid edilib. Zədələnmiş infrastrukturun bərpası üçün tələb olunan vəsait hesablamaya daxil edilməyib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton və Tehran arasında iyunda keçirilən danışıqlar tərəflərin razılığa gəlməsi üçün 60 günlük müddəti nəzərdə tutan anlaşma memorandumu ilə nəticələnsə də, avqustda başa çatan müddət ərzində yeni razılaşma əldə olunmayıb.
Samir

