Avtomobillərin icbari sığortasında məbləğ artacaq? - AÇIQLAMA/VİDEO

İQTİSADİYYAT
22:47 / 09.02.2024
291

Məlum olduğu kimi yol nəqliyyat hadisəsi zamanı qarşı tərəfə dəymiş zərərin ödənilməsi üçün 2011-ci ildən sığorta məcburi olub. 

Qanuna görə, dəymiş zərərin maksimum 5 min manatını sığorta şirkəti qarşılayır. 

Lakin əksər sürücülər bu ödənilən sığorta məbləği ilə razı deyillər və onun artırılmasını istəyirlər. 

Çünki avtoqəza zamanı sığortanın ödədiyi maksimum məbləğ əksər hallarda dəymiş zərəri qarşılaya bilmir. 
Sığorta eksperti İlkin İbrahimov aztv-yə bildiib ki, 5 min manatlıq limitin artırılması üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. 

Ətraflı süjetdə izləyə bilərsiniz:

 

0