Vüqar Bayramov: "Bu saziş iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək"

İQTİSADİYYAT
19:19 / 21.02.2024
298

"Türkiyə ilə Azərbaycan arasında bağlanmış iqtisadi saziş iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək". 

Bu sözləri millət vəkili Vüqar Bayramov Hit.az-a açıqlamasında qeyd edib.

Millət vəkili bildirib ki, 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Ticarət dövriyyəsi 15 milyard dollar civarında hədəflənib: 

"Hesab edirəm ki, yeni anlaşma iqtisadi inkişaf baxımından vacib hesab edilir. Gözlənti ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, imzalanan müqavilələr iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq".

Sevinc

0