"Manatlıq taksi"lər ləğv olunur? - "Yaxın perspektivdə..."

İQTİSADİYYAT
15:06 / 16.04.2024
322

"Yol hərəkəti qaydalarının pozulmasında və yaxud da onların hərəkətinin təşkil edilməsində "manatlıq taksi"lərin xüsusi çəkisi var".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, "manatlıq taksilər" bütün vətəndaşların marağındadır:

347978

"İstər daşıyıcı olaraq "manatlıq taksi"ləri sürən şəxslər, istərsə də vətəndaşlar bunda maraqlıdırlar. Yəni bu iki subyekt sərnişinlərin tez və təkrarlanmayan bir sistemlə daşınmasını istəyirlər".

Ekspert son günlərdə "manatlıq taksilər"in ləğv oluna biləcəyi iddialarına da münasibət bildirib:

"Açığı, mən "manatlıq taksilər"in ləğv olunacağına inanmıram. Bu, yaxın perspektivdə də görünmür. Çünki bu gün şəhər marşrutu düzgün təşkil edilməyib, şəhərdaxili sərnişin daşıma tam şəkildə həyata keçirilə bilmir. Bu kimi amillər isə sərnişin daşımada müəyyən problemlərə gətirib çıxara bilir. Ona görə də, "manatlıq taksilər"in tamamilə ləğv olunacağını düşünmürəm. Heç inandırıcı da deyil".

Pərviz

0