Yumurtanın qiymətinin ucuzlaşmasına səbəb nədir?

İQTİSADİYYAT
10:06 / 22.04.2024
322

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

Belə ki, normalda 16-17 qəpiyə təklif olunan yumurta son günlərdə 8-9 qəpiyə satılır. Artıq paytaxtda və bölgələrdə yumurtanın qiymətində ucuzlaşma müşahidə olunur.

Bəs yumurtanın ucuzlaşmasına səbəb nədir?

348345

İqtisadçı ekspert Elçin Rəşidov bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, yumurtanın ucuzlaşması mövsümlə əlaqədardır:

"Yumurtanın qiyməti mövsümə görə dəyişə bilir. Həmişə yaz aylarında yumurta istehsalı artır, yayda isə azalır. Payız və qış aylarında isə istehsal orta templə davam edir. Hesab edirəm ki, hazırda yumurta istehsalı maksimum dövrünü keçirdiyi üçün qiymətlər ucuzlaşıb. Amma bu, uzun müddət çəkməyəcək. Havalar istiləşəndən sonra yumurtanın qiyməti yenidən bahalaşacaq".

Pərviz

0