Elnur Fərzəliyev: "Qəzalı kimi qeydiyyata alınan binaların sığortalanması şirkətlər üçün risk hesab olunacaq"

İQTİSADİYYAT
15:39 / 27.05.2024
398

“Qəzalı kimi qeydiyyata alınan binaların sığortalanması təbii ki, sığorta şirkətləri üçün risk hesab olunacaq”.

Bu sözləri Hit.az-a  əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

Onun dediyinə görə, binaların qəzalı olub-olmaması ilə bağlı kütləvi şəkildə monitorinq aparılmalıdır. O zaman həmin binaların  yaşayışa uyğunluğu  müəyyən olunar:

 “Bundan əlavə binaların qəzalı olması qeydiyyata alınarsa, onların nə zaman söküləcəyi də təqribən bəlli olacaq. Bakı şəhərində sökülən binalar qəzalı kimi qeydiyyata alınanlardır”.

Qeyd edək ki, Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb.

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Sevinc

0