Məzuniyyət günlərini necə artırmaq olar?

22:20 / 08.07.2024
403

“Məzuniyyət müddətimdə əməliyyat olundum və istirahət günlərimi xəstəxanada keçirməli oldum. Bu günlər məzuniyyət günlərimdən çıxıla bilərmi?”

İzləyicimiz belə sual verib.

Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, vətəndaş xəstəxanada olduğu günlərə dair tibb müəssisəsindən aldığı arayışı  iş yerinə təqdim etməklə , məzuniyyət günlərini  tam şəkildə əldə etmiş olar:

“Dövlət müəssisələrində bu qayda birmənalı olaraq, keçərlidir. Arayışı iş yerinə verirsən, xəstəxanada olduğun günlər qədər gün məzuniyyət gününə əlavə edilir”,- deyə hüquqşünas bildirib.

Murad

0