Bank gəlirlərimiz niyə azalıb?

İQTİSADİYYAT
19:43 / 10.09.2024
213

“Statistik məlumatlara görə, 2024-cü ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon dollar, Gürcüstanda isə 17 bankının xalis mənfəəti 524 milyon dollar  təşkil edib.Qəribədir ki, sürətli və böyük iqtisadiyyata malik Azərbaycanın 1 bankının xalis mənfəəti $15.7 milyon olduğu halda, Gürcüstanda bu göstərici $30.8 milyon, Ermənistanda isə $24.6 milyon olub. Bank sistemimiz Qafqazın digər iki böyük ölkəsinə uduzur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var”. 

Bu fikirləri Hit.az-a iqtisadçı Samirə Kazımova səsləndirib:

“Gurcustanda bu artım daha çox Rusiya-Ukraina müharibəsindən qaçanlarin, Rusiyaya tətbiq olunmuş sanksiyalarin, və rusların kütləvi şəkildə gürcü bank hesablarınin olması ilə əlaqəlidir. Xarici vətəndaş üçün ən az gold kart açılır və aylıq 10 lari ödəniş olunur, iban hesabda da aylıq rüsum var. Rusiya bizneslərinin relokasiyası, həmin şirkətlər üçün ayrılan kredit xəttlərinin  Gürcüstan banklarının gəlirlərinin formalaşmasında tövhəsi var. Yəni, biz də bu cür gəlirləri əldə etmək istəyiriksə, xarici vətəndaşlar, xarici bizneslər üçün daha əlverişli vergi şərtləri və daha asan oturum verilməlidir. Amma digər tərəfdən xaricdən gələn bizneslər yerli sahibkarlar və vətəndaşlar üçün çətinliklər yaradacaq. Məsələn,  Tbilisidə kirayə qiymətləri 450-500 dollardan başlayır (və bu gürcülər üçün artıq problem olub. Xaricilər gələndə gürcülər öz vatandaşlarıni normal şəraitli evlərdən çıxarıb, Rusiya və Ukraynalilara icarəyə verirlər, biznesdə də ruslar və ukraynalılar yerli mütəxəssisləri sıxışdırırlar və bazarı ələ keçirirlər. Yəni, bizim bu dönəmdə bu məsələlərdə konservativ mövqe tutmağımız daha çox vətəndaşlarımızın mənafeyini qorumaq üçün atılan addımdır".

Murad

0