Bakıda tıxac probleminin həlli var? - İqtisadçı rəyi

İQTİSADİYYAT
21:36 / 11.09.2024
255

Beynəlxalq tədbirlərə hazırlıq vəziyyəti ilə bağlı uzun müddətdir paytaxt yollarında kollaps vəziyyəti yaşanır.

Bəs görəsən  Bakıda tıxac probleminin həlli var?

Mövzu ilə bağlı Hit.az-a danışa iqtisadçı Samirə Kazımova bildirib ki, ictimai nəqliyyatla bağlı islahatlara ehtiyac var.

Onun fikrincəd, nəqliyyatla hərəkət asan və rahat olsa, insanlar avtomobildən istifadəyə o qədər üstünlük verməzlər:

"Əvvəllər tutaq ki, Əhmədlidən Bayıla bir marşrut xətti ,104 nömrəli avtobus  işləyirdi.  Vətəndaş bir avtobusa minməklə, asanlıqla uzun məsafəni qət edə bilirdi. İndi eyni məsafəni getmək üçün 3 fərqli avtobusa minir. Bu həm vətəndaşın cibinə zərərdir, həm də yolların  yüklənməsidir. Metro xətlərinin də sayı artırılmalıdır. Şəhər durmadan, sürətlə böyüyür. Sanki Azərbaycan tək Bakı şəhərindən ibarətdir.  Bütün   yükü Bakının üstünə atıb, regionlaarı unutmaq, ordakı əhalinin məşğulluğunun təmin edilməməsi Bakıya axının qarşısını almayacaq. Regionlar boşdur, işsizlik yüksək həddədir. Bu tədbirlərin Qarabağda keçirilməsi işğaldan azad edilmiş torpaqlarımızın reklamına da xidmət edərdi".

Murad
 

0