Azərbaycan nefti sürətlə ucuzlaşır

İQTİSADİYYAT
09:59 / 05.06.2026
39

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,62 ABŞ dolları və ya 3,47% azalaraq 100,78 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,59 ABŞ dolları və ya 3,52 % azalaraq 98,39 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 98,79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
 

0