Nazirliyə məxsus 7 avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
21:30 / 05.06.2026
63

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 7 nəqliyyat vasitəsi satışa çıxarılacaq.


Hit.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında 1989, 1995, 1997, 2002 və 2010-cu il buraxılışlı nəqliyyat vasitələri yer alıb.


Satışa çıxarılan avtomobillərin ilkin qiymətləri aşağıdakı kimidir:
1995-ci il buraxılışlı "Mitsubishi Rosa" avtobusu – 1 080 manat;
2010-cu il buraxılışlı "Chevrolet Aveo" minik avtomobili – 4 680 manat;
2002-ci il buraxılışlı "Mitsubishi L300" yük-sərnişin avtomobili – 3 600 manat;
2010-cu il buraxılışlı daha bir "Chevrolet Aveo" minik avtomobili – 4 680 manat;
2002-ci il buraxılışlı "Mitsubishi L300" xüsusi təcili yardım avtomobili – 3 600 manat;
1997-ci il buraxılışlı "Hyundai Elantra" minik avtomobili – 2 700 manat;
1989-cu il buraxılışlı "ZİL 431412" yük avtomobili – 3 150 manat.
Hərrac iyulun 7-də keçiriləcək. 

Abbas 

0