Ağdamın iki kəndi ilə bağlı 13,8 milyonluq layihə

İQTİSADİYYAT
23:23 / 05.06.2026
47

Tikilməkdə Olan Obyektlərin Müdiri̇yyəti Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı satınalma müsabiqəsini yekunlaşdırıb.


Hit.az xəbər verir ki, satınalmanın predmetinə Ağdam rayonunun kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində Qərvənd və Eyvazxanbəyli kəndlərində müvafiq infrastrukturun qurulması daxildir.


Müsabiqənin qalibi "Ş.-İnşaat" MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq müqavilənin dəyəri 13 milyon 884 min 75 manat 57 qəpik təşkil edir.


Abbas 

0