İnstitut xidməti avtomobillərin alınmasına 285 min manatdan çox vəsait xərcləyəcək

İQTİSADİYYAT
22:15 / 05.06.2026
51

S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu xidməti nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb.


Hit.az xəbər verir ki, satınalmanın predmetini institut üçün xidməti avtomobillərin alınması təşkil edib.


Müsabiqənin qalibi "Toyota Abşeron Center" MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 285 min 500 manatdır.


Abbas
 

0