"MİDA" MMC-nin Abşeron rayonunun Saray qəsəbəsində həyata keçirilən yeni yaşayış layihəsi çərçivəsində elektrik enerjisi təminatı işləri ilə bağlı satınalmanın nəticələrini açıqlayıb.
Hit.az xəbər verir ki, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində inşa olunacaq çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərinin görülməsi "Enerji Qrup" MMC-yə həvalə edilib.
Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 7 milyon 661 min 750 manat təşkil edir.
Abbas


