Azərbaycan əsilli iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin yaradıcısı Vahid Ələkbərov son 1 həftədə 200 milyon dollar itirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iş adamının hazırda 29,3 milyard dollar sərvəti var.
Dünya neftinin 2%-ni hasil edən “Lukoyl” şirkətinin əsas səhmdarı olan Vahid Ələkbərovun ötən həftə sərvəti 29,5 milyard dollar təşkil edirdi. Onun neft bazarındakı gərginlikdən dolayı 200 milyon dollar itirdiyi bildirilir.
Xatırladaq ki, 76 yaşlı Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub.


