Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi aparılacaq.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
Məlumata əsasən, Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti müvafiq hazırlıqlara başlayıb.
Sözügedən işlərin icrasına 3,2 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.


