İşçilərə ən yüksək maaşı hansı sahələrdə təklif edirlər?

İQTİSADİYYAT
20:58 / 15.08.2026
36

Azərbaycanda 60-dan çox iş elanı saytında yerləşdirilən 9 620 aktiv iş elanı qeydə alınıb.

Yeniavaz.com “Statix”ə istinadən xəbər verir ki, bu elanların 2 332-də maaş məlumatları qeyd olunub və median aylıq əməkhaqqı 750 manat təşkil edib.

Qeyd olunur ki, son 7 gün ərzində elan saytlarına 4 491 yeni vakansiya yerləşdirilib.

Vakansiyaların kateqoriyalar üzrə bölgüsündə IT sahəsi 280 elanla liderdir. Bundan sonra 260 elanla digər kateqoriyalar, 253 elanla maliyyə, bankçılıq və sığorta, 221 elanla satış, pərakəndə və müştəri xidmətləri gəlir.

Mühəndislik və texniki sahələr üzrə 179, biznes, idarəetmə və insan resursları üzrə 162, satınalma və təchizat zənciri üzrə isə 155 aktiv elan var.

Kateqoriyalar üzrə median maaş göstəricilərində tikinti sahəsi 2 250 manatla ilk yerdə qərarlaşıb.

İnsan resursları və idarəetmə üzrə menecerlər üçün median maaş 1 750 manat, mühəndis-konstruktorlar üçün 1 600 manat, memarlıq və memarlığın idarə edilməsi sahəsində 1 500 manat, marketinq menecerləri üçün 1 375 manat, mühasiblər üçün isə 1 325 manatdır.

Aktiv elanların 86 faizi və ya 8 295 vakansiya ofisdə çalışma formatındadır. Uzaqdan iş imkanlarının sayı 1 282, hibrid işlərin sayı isə 43-dür.

İş formatlarına görə median maaş ofisdə 700 manat, uzaqdan işlərdə isə 670 manat təşkil edir.

Ofis vakansiyalarının şəhərlər üzrə bölgüsündə Bakı böyük fərqlə öndədir. Paytaxtda 4 574 aktiv ofis elanı qeydə alınıb. Sumqayıtda 164, Gəncədə 55, Mingəçevirdə 25, Şirvanda 24, Lənkəranda 18, Şəkidə 16, Naxçıvanda isə 13 vakansiya var.

0