Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ayxan Əliyev AYNA-nın Mühasibatlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Əliyev bu təyinatadək özəl şirkətlərin birində Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.



