Bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 4 milyard 105,2 milyon dollar olan 12 milyard 430,8 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 330 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 8 ölkəyə satıb. Azərbaycan qazının ən yüksək gömrük dəyəri Yunanıstana ixrac zamanı qeydə alınıb. Bu ölkəyə satılan qazın 1000 kubmetrinin orta gömrük dəyəri 515 dollar təşkil edib. Ən aşağı gömrük dəyəri isə İrana ixrac olunan qazda olub – 1000 kubmetr üçün 67 dollar.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
Türkiyə – 4,85 milyard kubmetr (260 dollar);
İtaliya – 4,2 milyard kubmetr (468 dollar);
Gürcüstan – 1,42 milyard kubmetr (114 dollar);
Bolqarıstan – 659,5 milyon kubmetr (312 dollar);
Suriya – 575,1 milyon kubmetr (338 dollar);
Yunanıstan – 517,9 milyon kubmetr (515 dollar);
Serbiya – 110,6 milyon kubmetr (385 dollar);
İran – 98,9 milyon kubmetr (67 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər İrandan təbii qaz idxal edib. Bu ilin ilk yarısında Azərbaycan İrandan 193,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 67 dollar olub.


