Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.
HİT.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.
9 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 570,6 milyon manat, "Şahdəniz" yatağından isə 565,1 milyon manat vəsait daxil olub.


