Bu gün tarixin vərəqlərində 20 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bəzi mühüm hadisələrlə yadda qalıb.
20 oktyabr bir çox görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi gün kimi xatırlanır. Eyni zamanda, bu gün Azərbaycanda Zəngilan Şəhər Günü, BMT tərəfindən Ümumdünya Statistika Günü, Çexiyada Ağac Əkilməsi Günü, Keniyada isə Qəhrəmanlar Günü kimi qeyd olunur. Beləliklə, tarixin 20 oktyabrına nəzər salırıq.
20 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli və Çinarlı kəndlərini Ermənistanın işğalından azad edib.
Həmçinin, 1951-ci ildə ilk Aralıq dənizi Oyunları başa çatıb. 1973-cü ildə məşhur Sidney Opera Teatrı 14 illik tikintidən sonra Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən rəsmən açılıb. 1980-cı ildə Yunanıstan yenidən NATO-nun hərbi qanadına qoşulub. 1998-ci ildə Türkiyə ilə Suriya arasında Adana müqaviləsi imzalanıb.
20 oktyabrda doğulanlar:
1913-cü ildə şair Əhməd Cəmil, 1922-ci ildə Xalq artisti, müğənni Şövkət Ələkbərova və 1925-ci ildə əməkdar incəsənət xadimi, musiqişünas Firudin Şuşinski dünyaya gəlib.
Həmçinin, 1780-ci ildə Fransa şahzadəsi Polina Bonapart, 1784-cü ildə Böyük Britaniya baş naziri Lord Palmerston, 1854-cü ildə fransız şairi Artür Rembo, 1882-ci ildə amerikalı və macarıstanlı aktyor Bela Luqoşi, 1889-cu ildə qazaxıstanlı siyasətçisi Sanjar Asfendiyarov, 1891-ci ildə ingilis fizik Ceyms Çadvik, 1898-ci ildə gürcüstanlı tarixçi Sergey Cikiya, 1921-ci ildə rusiyalı şair Naum Qrebnev, 1922-ci ildə gürcüstanlı aktyor Givi Toxadze, 1934-cü ildə Yaponiya imperatriçası Miçiko, 1956-cı ildə ingilis kinorejissoru Denni Boyl, 1958-ci ildə hollivud aktyoru Viqqo Mortensen, 1964-cü ildə ABŞ vitse-prezidenti Kamala Harris, 1965-ci ildə italyan futbolçu və baş məşqçi Stefano Pioli və 1971-ci ildə amerikalı məşhur repçi Snoop Dogg doğulub.
20 oktyabrda vəfat edənlər:
1740-cı ildə Müqəddəs Roma imperatoru VI Karl, 1967-ci ildə Yaponiyanın keçmiş baş naziri Şiqeru Yoşida, 1987-ci ildə rusiyalı riyaziyyatçı Andrey Kolmoqorov, 1994-cü ildə rusiyalı aktyor və rejissor Sergey Bondarçuk, 2011-ci ildə Liviya lideri Muəmmər Qəddafi və 2013-cü ildə amerikalı iqtisadçı Lorens Kleyn dünyasını dəyişib.
Pərviz

