Expressbank Uşaqlar Gününə həsr edilmiş qanvermə aksiyası keçirib (VİDEO)

İQTİSADİYYAT
13:54 / 01.06.2020
1029

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan “Expressbank”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək kampaniyasını həyata keçirib.

Kampaniya çərçivəsində, Expressbank-ın rəhbərliyi və əməkdaşları könüllü olaraq, bu irsi xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.

“Qan ver, həyat ver” lozunqu altında keçirilən aksiya çərçivəsində, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar həkim kollektivi tərəfindən hərtərəfli tibbi müayinədən sonra donorlardan qan toplanaraq Talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara təqdim olunmuşdur.

 

0