Açıqlanan son məlumatlara görə, Azərbaycanda 352 baş dəvə var.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 4 ildə Azərbaycandakı dəvələrin sayı 5 baş azalıb.
Qeyd edək ki, Azərbaycanda cəmi 9 şəhər və rayonda dəvə var. Dəvələrin yarıdan çox 2 rayonun payına düşür. Hacıqabul rayonunda 112, Cəbrayıl rayonunda isə 111 baş dəvə olub.
Azərbaycanda dəvə saxlanılan şəhər və rayonların tam siyahısı aşağıdakı kimidir:
- Bakı şəhəri – 15 baş
- Ordubad rayonu – 2 baş
- Abşeron rayonu – 78 baş
- Bərdə rayonu – 17 baş
- Füzuli rayonu – 1 baş
- Kürdəmir rayonu – 2 baş
- Sabirabad rayonu – 14 baş
- Cəbrayıl rayonu – 111 baş
- Hacıqabul rayonu – 112 baş


