Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb

HADİSƏ
11:03 / 03.04.2023
592
Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb. Hadisələr aprelin 1-də qeydə alınıb. Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsi ərazisində baş verib. Belə ki, naməlum sürücü idarə etdiyi naməlum avtomobillə hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
0