Bakıda adam öldürmüş şəxs həbsdən çıxan kimi vuruldu

HADİSƏ
13:16 / 08.06.2023
1024

Bakıda adam öldürmüş şəxs həbsxanadan çıxan kimi vuruldu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda keçmiş məhbus bıçaqlanıb.

Dünən axşam saatlarında Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Natiq Yavər oğlu Hüseynov çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

İlkin araşdırmalar zamanı məlum olub ki, Natiq Hüseynov 2013-cü ildə Sabunçuda tanışı, 26 yaşlı Elmir Quluzadəni qətlə yetirib. Həmin əmələ görə barəsində cinayət işi açılan Natiq həbs edilib. 10 ilə yaxın həbsdə olan şəxs yenicə azadlığa çıxıbmış. Faktla bağlı araşdırmalar davam etdirilir.

0