"Ferrari"nin pilotu Şarl Lekler 2026-cı ilin "Formula 1" üzrə Britaniya Qran-prisinin qalibi olub.
Yarış "Silverstoun" trasında baş tutub. "Mercedes"in pilotu Corc Rassel ikinci, onun "Ferrari" pilotu olan həmyerlisi Lüis Hemilton isə üçüncü yeri tutub.
Andrea Kimi Antonelli ("Mercedes") yarışı 16-cı yerdə başa vurub. İtalyan pilot bu mövsüm ikinci dəfə xal qazanmağa da, çempionatda 179 xalla liderliyini qoruyur. Siyahıda ondan sonra Rassel (154) və Hemilton (147) qərarlaşıb.
Bu, Leklerin 2024-cü ilin oktyabrında Ostində keçirilən ABŞ Qran-prisindən bəri ilk qələbəsi olub. Monako pilotunun qələbəsiz seriyası 37 yarış davam edib. Çempionatın onuncu mərhələsi 17-19 iyulda Belçikada keçiriləcək.


