1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub

HADİSƏ
09:43 / 12.09.2023
464

"1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir".

HİT.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşımında yazıb.

"Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir", - o, qeyd edib.

1