Türkiyəli məşhur aktrisa Ceren Benderlioğlunun yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, gözəl aktrisa “Aşk ve Taht” serialında rol alacaq.
O, yeni mövsümdə “ATV”də başlayacaq ekran işində “Nurcihan” obrazına həyat verəcək. Layihənin baş rollarında isə Akın Akınözü və Simay Barlas çəkiləcək.
Qeyd edək ki, Ceren Benderlioğlu karyerası ərzində “Doktorlar”, “Geniş Aile”, “Adanalı”, “Kertenkele”, “Şahsiyet”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Eşref Rüya” kimi reytinqli seriallarda rol alıb.
Aslan


