Bir neçə günəş ləkəsi qrupu bir-birinə təsir edərək tez-tez baş verən güclü alovlanmalara səbəb olur.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası məlumat verib.
“Günəşdəki ləkə qrupları, partlayış qrafikinə baxdıqda göründüyü kimi, kifayət qədər ciddi şəkildə ‘deformasiyaya uğrayır’”, deyə laboratoriyanın açıqlamasında qeyd olunur.
Laboratoriyanın “Telegram” kanalında paylaşılmış partlayış qrafikinə əsasən, ulduzda M sinfinə aid beş güclü alışma qeydə alınıb.
Bundan əvvəl İKİ RAN mütəxəssisləri Günəşdə baş verən güclü alışmadan sonra Yerə doğru güclü maqnit qasırğasının yaxınlaşdığını bildirmişdilər. Alimlərin məlumatına görə, alışmadan yaranan dalğa 2 iyul tarixində Moskva vaxtı ilə saat 21:00–24:00 aralığında Yerə çatacaq. Qasırğanın 2026-cı ilin martından bəri ən güclüsü olacağı və G3 səviyyəsinə çatacağı gözlənilir.
3 iyun tarixində isə Günəşdə güclü partlayışlar nəticəsində “qara partlayış” hadisəsinin baş verdiyi bildirilib.
Mütəxəssislərin sözlərinə görə, ikinci güclü alışmadan sonra Günəş tacında neytral hidrogen buludu parçalanaraq dağılmış vəziyyətə düşüb. Bu halda hidrogen Günəşin isti atmosferindən yayılan şüalanma üçün demək olar ki, qeyri-şəffaf olur, çünki fotonlar onun ionlaşmasına sərf olunur.
Samir


