14 yaşlı qızın qaçırılması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

HADİSƏ
12:36 / 14.09.2023
454

Ötən gün 14 yaşlı qızın evlənmək məqsədilə Bakıdan Masallıya qaçırılması ilə bağlı məlumat yayılmışdı.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev HİT.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən olunub. Onun ailəsinə təhvil verilməsi təmin edilib.

Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.

0