Tarixin 23 noyabrı...

MARAQLI
10:45 / 23.11.2026
173

Bu gün tarixin vərəqlərində 23 noyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 23 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Gürcüstanda Müqəddəs Georgi Günü, Yaponiyada isə Əmək Üçün Təşəkkür Günü kimi qeyd olunur. Beləliklə, tarixin 23 noyabrına nəzər salırıq.

23 noyabrda baş verənlər:
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası arasında Azərbaycan-Ermənistan sazişi imzalanıb. 1993-cü ildə Azərbaycan və Slovakiya arasında, 1994-cü ildə isə Azərbaycan və Nikaraqua arasında diplomatik əlaqələr qurulub. Həmçinin, 1910-cu ildə Yohan Alfred Ander İsveçdə edam edilən sonuncu şəxs olub. 1963-cü ildə BBC “Doktor Kim” elmi-fantastik serialının ilk epizodunu yayımlayıb. 2019-cu ildə isə Malayziyadakı sonuncu Sumatra kərgədanı olan İmam ölüb və ölkədə bu növün nəsli rəsmi olaraq kəsilib.

23 noyabrda doğulanlar:
1936-cı ildə dramaturq Aqşin Babayev və Milli Məclisin I çağırış deputatı İbrahim Qafarov, 1947-ci ildə dövlət xadimi Natiq Əliyev dünyaya gəlib.

Həmçinin, 1709-cu ildə fransız həkim və filosof Cülyen Lametri, 1875-ci ildə macarıstanlı siyasətçi Jeno Landler, 1887-ci ildə ingilis aktyor Boris Karloff, 1906-cı ildə estoniyalı şairə Betti Alver, 1908-ci ildə ukraynalı yazıçı Nikolay Nosov, 1933-cü ildə polşalı bəstəkar Kşiştof Penderetski, 1962-ci ildə Venesuelanın sabiq prezidenti Nikolas Maduro, 1966-cı ildə fransız aktyor Vensan Kassel, 1976-cı ildə sabiq türk futbol hakimi Cüneyt Çakır, 1979-cu ildə türk futbolçusu Nihat Kahveci və 1992-ci ildə amerikalı müğənnisi Mayli Sayrus doğulub.

23 noyabrda vəfat edənlər:
2020-ci ildə polkovnik Babək Səmidli Vətən müharibəsində şəhid olub.

1942-ci ildə baş çavuş, İkinci Dünya müharibəsi iştirakçısı Baloğlan Abbasov, 1948-ci ildə bəstəkar Üzeyir Hacıbəyov, 1999-cu ildə aktrisa Leyla Bədirbəyli, 2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişib.

Həmçinin, 955-ci ildə İngiltərə kralı Edred, 1585-ci ildə ingilis bəstəkar Tomas Tallis, 1814-cü ildə ABŞ-nin vitse-prezidenti Elbric Cerri, 1937-ci ildə dağıstanlı şair Süleyman Stalski, 1990-cı ildə britaniyalı yazıçı Roald Dal və 2006-cı ildə Böyük Britaniya və Rusiya casusu Aleksandr Litvinenko vəfat edib.

Pərviz

0