Türkiyəli məşhur aktyor Burak Dəniz ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi yeni başlayacaq “Nilufer” serialında çəkiləcək. O, ekran işində “Aslan Ayvaz” obrazına həyat verəcək. Dekabr ayında çəkilişlərinə start veriləcək layihənin qadın baş rolu və yayımlanacağı kanal isə hələlik bəlli deyil.
Qeyd edək ki, 35 yaşlı aktyor karyerası ərzində “Kaçak”, “Medcezir”, “Aşk Laftan Anlamaz”, “Bizim Hikaye”, “Maraşlı”, “Bambaşka Biri”, “Bir Gece Masalı” və “Sahtekarlar” kimi seriallarda rol alıb.
Pərviz


