Azərbaycanlı tibb bacısı 3 nəfəri ölümdən qurtardı - FOTO

HADİSƏ
10:08 / 28.11.2023
432

Türkiyədə ağır yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Milas-Bordum magistral yolunda qeydə alınıb. Y.G.-nın idarə etdiyi avtomobil yağışlı havada idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə 5 nəfər yaralanıb.

Bu zaman bir qadın özünü çatdıraraq yaralılara dərhal tibbi müdaxilə edib və durumu ağır olan 3 nəfərin həyatını xilas etmək mümkün olub. Məlum olub ki, həmin qadın 2 uşaq anası olan azərbaycanlı tibb bacısı Zehra Akerdir.

O, açıqlamasında Naxçıvanda doğulduğunu və tibb təhsili alaraq bu peşədə işlədiyini bildirib:

“Tibbi bacısı işlədiyim zaman həyat yoldaşımla tanış olduq. Türkiyəyə gəlin gəlmişəm. Bir qız, bir oğlum var. Ərim özəl şirkətlərdən birində çalışır. Hadisə zamanı xəstə yanından gəlirdim. Qarşımda qəza olduğunu görüb avtomobilimi sağa çəkdim. Çantamda bütün ləvazimatlarım var. Dərhal düşüb yaralılara kömək etdim. İnsanlıq borcumu yerinə yetirdim”.

0