Göyçayda 26 min manatlıq oğurluq edildi, kürəkən və qayınata tutuldu

HADİSƏ
17:50 / 23.10.2026
53

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar.

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayıblar.

Polisin keçirdiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.

0