Ordumuz şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv etdi - FOTO/VİDEO

HƏRBİ
10:11 / 05.12.2023
400

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən HİT.az-a verilən xəbərə görə, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

"Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib", - məlumatda qeyd edilib.

0