Ekspert: “Şuşanın azad edilməsi düşmənin müqavimətini qırdı”

HƏRBİ
13:12 / 06.11.2026
177

Şuşanın işğaldan azad olunması Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin ən mühüm mərhələlərindən biri oldu.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımızın mübarizə əzmini, qəhrəmanlığını və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Bəs Şuşanın azad olunması Azərbaycanın tarixi və mənəvi həyatında əsas hansı əhəmiyyətə malikdir?

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Hit.az-a açıqlamasında bildirib ki, Şuşanın azad edilməsi düşmənin müqavimətini qırdı, onun uzun illər ərzində formalaşdırmağa çalışdığı erməni yalanlarını darmadağın etdi:

414926

“Bu qələbə xalqımızın sarsılmış qürurunu özünə qaytardı, milli özünəinamımızı bərpa etdi. Eyni zamanda, Azərbaycan həm düşmənə, həm də onun havadarlarına göstərdi ki, xalqımız öz torpaqlarının işğalı və məcburi köçkün həyatı ilə barışmayacaq. Azərbaycan gəncliyi əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək bu Zəfərin qazanılmasında mühüm rol oynadı. Beləliklə, ölkəmiz hərbi uğurla yanaşı, tarixi, mənəvi, ideoloji, siyasi və geosiyasi baxımdan da böyük qələbə əldə etdi”.

Ekspert vurğulayıb ki, Şuşa Zəfəri Azərbaycan xalqı və dövləti var olduqca yaddaşlarda yaşayacaq, bu qələbənin qazanılmasında əməyi olan qəhrəmanlar heç vaxt unudulmayacaq:

“Bu böyük Zəfəri bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Biz onların qarşısında daim borcluyuq. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, sərkərdəlik məharətini, diplomatik fəaliyyətini və dövlət xadimi kimi nümayiş etdirdiyi bacarığı heç vaxt unutmamalıyıq. Bu qələbə gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq”.

Sevinc

0