Bakıda keçirilməli olan Avropa çempionatı ləğv olundu

İDMAN
22:35 / 21.05.2020
1325

Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib.

Hit.Az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sistemini yeniləməyi məqsədəuyğun sayıb.

Bundan başqa 25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.

1
Report.az