Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

ÖLKƏ
12:54 / 20.10.2026
55

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib.

Bu barədə HİT.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Binəqədi və Nizami rayonlarının prokurorlarının isə yerləri dəyişdirilib. Baş prokuror Kamran Əliyevin digər əmrlərinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. 

Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

0