Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində bürünc medal qazanıb.
Hit.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı moldovalı Petru Krakiun ilə üz-üzə gəlməli idi.
Lakin rəqib döşək üzərinə çıxmaq istəmədiyi üçün Bazarqanova texniki qələbə verilib.
Qeyd edək ki, bu, Azərbaycanın turnirdəki ilk medalıdır.