Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində medal görüşünə çıxıb.
Hit.az-ın məlumatına görə, 125 kq-da yarışan Camaləddin Məhəmmədov "bürünc" uğrunda albaniyalı Paris Karepi ilə qarşılaşıb.
Rəqibinə 11:0 hesabı ilə qalib gələn idmançı Azərbaycana lisenziya turnirində 4-cü medalı qazandırıb.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) isə bürünc medala yiyələnib.
86 kq-da güləşən Abubakr Abakarov isə bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə uduzub.