Əliyar Ağayev PAOK-un matçına təyinat aldı

10:51 / 02.04.2021
846

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

34 yaşlı hakim ölkə çempionatının XXVIII turunun “Panatinaikos” - PAOK matçını idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcəklər.
 
Qeyd edək ki, görüş aprelin 4-də keçiriləcək.

0
“Qafqazinfo”