Daha bir cüdoçumuz bürünc medal qazandı

İDMAN
20:39 / 02.04.2021
1075

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.

0