\"Sabah\"ın futbolçusu karantinə alındı

14:50 / 10.04.2021
975

"Sabah"ın futbolçusu Amadu Diallo koronavirusa yoluxub.

HİT.Az offsideplus.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda özünü yaxşı hiss edən Diallo karantinə alınıb. 

Qeyd edək ki, "Sabah" bu gün saat 18:00-da "Səbail"i qəbul edəcək.

0