Millimizin qapıçısı zədələndi

İDMAN
20:15 / 16.04.2021
1539

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

Hit.az xəbər verir ki, 27 yaşlı qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam ede bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

0