Futbolun tanınmış siması itkin düşdü

İDMAN
23:45 / 27.04.2021
1400

Ukraynanın "Dinamo" (Kiyev) komandasının sabiq futbolçusu Yaroslav Dumanski İvano-Frankovsk şəhərində itkin düşüb.

"Report"un məlumatına görə, yerli polis 61 yaşlı keçmiş yarımmüdafiəçinin aprelin 20-də evdən çıxdığını və bir daha qayıtmadığını bildirib. Onun yoxa çıxması barədə ərizə ilə polisə anası müraciət edib. Axtarışlara idarənin şəxsi heyəti cəlb olunub.

Qeyd edək ki, Yaroslav Dumanski Ukraynanın "Karpatı", "Metallist", "Prikarpatye" və Rusiyanın "Dinamo" (Moskva) komandalarının da formasını geyinib. O, futbolçu karyerasını 1990-cı ildə başa vurub.

0