İDMAN
19:49 / 04.05.2021
274

Türkiyə - Azərbaycan oyununun başlama saatı dəqiqləşdi

Azərbaycan millisinin Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.

HİT.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Alanyada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüş Alanyadakı Oba stadionunda keçiriləcək.

0