"Barselona"nın yeni baş məşqçisi kim olacaq? - 3 namizəd

İDMAN
12:05 / 13.05.2021
1387

"Barselona" baş məşqçisi Ronald Kumanla yolları ayıracağı təqdirdə, bu vəzifəyə namizədlərin siyahısını hazırlayıb.

HİT.az "RAC1"ə istinadən xəbər verir ki, siyahıda üç mütəxəssisin adı yer alb. Bunlar klubun B komandasının baş məşqçisi Xavi Qarsiya Pimena, "Al-Sadd"a çalışan Xavi və "Ayaks"ın baş məşqçisi Erik ten Haqdır.

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 76 xalla 2-cidir. Komanda lider "Atletiko"dan 4 xal geridə qalır.

0