Azərbaycan paralimpiyaçısı Avropa çempionu oldu

İDMAN
23:34 / 19.05.2021
1562

Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub.

Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qeyd edək ki, o, 100 metrə “brass” növündə 1:04:80 nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub.

V.İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub.

0