Ronalduya sürpriz transfer təklifi - Danışıqlar başladı

16:20 / 23.05.2021
1912

Portuqaliyanın "Sportinq" klubu yetirməsi olan Kriştianu Ronaldunu geri qaytarmaq stəyir.

Fanat.Az xəbər verir ki, 19 il sonra Portuqaliya çempionu olan Lissabon təmsilçisinin 36 yaşlı ulduzla danışıqlara başladığı bildirilir.

"Sportinq"in prezidenti Frederiko Varandes Kriştianunu heyətdə görmək istədiklərini bildirib: "Ronaldu bir gün "Sportinq"ə dönəcək. Çempionlar Liqasında onun yer aldığı bir heyətdə mübarizə aparmaq arzumuzdur".

Qeyd edək ki, bir neçə gün əvvəl Ronaldunun anası Dolores Aveyro da oğlunu "Sportinq"ə qaytarmaq istədiyini bildirmişdi: "Kriştianu ilə danışacam və gələn mövsüm "Sportinq"ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il "Alvalade" stadionunda "Sportinq" forması ilə çıxış edəcək".

Qeyd edək ki, Ronaldu 18 yaşında - 2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə - 94 milyon avroya "Real"a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olunub.

0