UEFA Superkubokunun keçiriləcəyi yer AÇIQLANDI

18:14 / 03.06.2021
1577

UEFA Superkubokunun keçiriləcəyi yer müəyyənləşib.

Unikal.org xəbər verir ki. qitə futbol qurumu qarşılaşmanın Şimali İrlandiyada təşkilinə qərar verib.

Şimali İrlandiya Futbol Federasiyası “Çelsi” ilə “Vilyarreal” arasındakı görüşün avqustun 11-də Belfastda keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasını, “Vilyarreal” isə Avropa Liqasını qazanmaqla UEFA Superkubokunda iştirak hüququna yiyələnib.

0